Tramp Ağ evlə vidalaşdı

Tramp Ağ evlə vidalaşdı
SİYASƏT

20 yanvar 2021, 18:30

Mətn ölçüsü

Prezidentlik müddətini başa vuran Donald Tramp həyat yoldaşı Melaniya ilə Ağ evi tərk edib.

News24.az xəbər verir ki, məlumatı “Associated Press” yayıb.

Bildirilib ki, Donald Tramp xanımı ilə birlikdə Floridaya yola düşüb. O, Cozef Baydenn andiçmə mərasiminə qatılmayacaq.

Tramp vida çıxışında bildirib ki, müharibə başlamayan ABŞ-ın ilk prezidenti olduğu üçün şaddır.