Qərbi Nil virusu təhlükəsi yayılır: 41 ölü, 306 yoluxma
    • 20-10-2018, 10:16
    • 970

Qərbi Nil virusu təhlükəsi yayılır: 41 ölü, 306 yoluxma

Yunanıstanda bir il ərzində Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə, bu xəstəliyə yoluxanların sayı isə 306 nəfərə çatıb.

Hazırda 13 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Qərbi Nil virusu Yunanıstanda birinci dəfə 2010-cu ildə aşkarlanıb. 2010-2014-cü illərdə xəstəlikdən 80 nəfər vəfat edib. 2015-2016-cı illərdə isə xəstəliyə yoluxanlar barədə məlumat daxil olmayıb. 2017-ci ildən başlayaraq bu virusa yoluxmaların sayı yenidən artmağa başlayıb.

Virus ağcaqanadlar vasitəsilə yayılır.
//axar.az