Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək

Milli Məclisdə qeyri-leqal məşğulluq və tütünlə mübarizəyə həsr olunmuş dinləmələr keçiriləcək
SİYASƏT

23 yanvar 2021, 11:42

Mətn ölçüsü

Milli Məclisin Əmək və sosial siyasət komitəsində sessiya müddətində 3 dinləmə keçirilməsi nəzərdə tutulur.

Bu barədə News24.az-a Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Bu məsələlər komitənin 2021-ci il yaz sessiyası üçün iş planına daxil edilib.  Komitədə aşağıdakı dinləmələrin keçirilməsi planlaşdırılır:

- Əhalinin məşğulluğunun təmin edilməsi sahəsində fəaliyyətlər, mövcud problemlər və onların aradan qaldırılması, xüsusilə qeyri-leqal məşğulluğun leqallaşdırılması yolları ilə bağlı dinləmə;

- Şəhid ailələri və əlilliyin olan şəxslərin sosial müdafiəsi, əlilliyin ekspertizası və onların sosial təminatlarının yaxşılaşdırılması problemləri ilə bağlı dinləmə;

- 31 may – Ümumdünya Tütünlə Mübarizə günü ilə əlaqədar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqinin aparılması ilə bağlı dinləmə.