İlham Əliyev Zelenskiyə başsağlığı verdi

İlham Əliyev Zelenskiyə başsağlığı verdi
SİYASƏT

23 yanvar 2021, 17:39

Mətn ölçüsü

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı ünvanlayıb.

News24.az xəbər verir ki, başsağlığında bildirilir:
"Hörmətli cənab Prezident.

Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm".