Azərbaycanlı xanəndənin avtomobili qarət olundu- VİDEO
    • 21-10-2018, 14:00
    • 925

Azərbaycanlı xanəndənin avtomobili qarət olundu- VİDEO

Xanəndə Könül Məmmədlinin avtomobili qarət olunub.

News24.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. 

Saytımıza açıqlama verən K.Məmmədli üzləşdiyi hadisə haqda bunları deyib: "Avtomobili gözəllik salonunun önündə saxlamışdım.

Çölə çıxdığımda isə maşının pəncərəsinin qırıldığını və qarət olunduğu gördüm.

Əsasən pula dəyər əşyalar oğurlanıb. Heyif ki, həmin ərazidə müşahidə kameraları yoxdur".

Teymur Məmmədov