13 yaşlı qız atasını öldürdü

13 yaşlı  qız atasını öldürdü
SİYASƏT

13 iyul 2018, 11:32

Mətn ölçüsü

Ukraynanın Lvov şəhərində dəhşətli qətl hadisəsi baş verib. 13 yaşlı sərxoş qız öz atasını öldürüb.

News24.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, hadisə baş verən an, adı məxfi saxlanılan məktəbli qız sərxoş vəziyyətdə olub.

O, evə gələrkən atası onun boğazından tutub, bıçaqla hədələyib. Bu zaman qız digər bıçağa əl ataraq atasının boynuna zərbə endirib.

 Zərbə nəticəsində ata həyatını itirib.

Hadisə baş verərkən 13 yaşlı qızın anası və bacısı evdə yatıbmış.

 Hazırda məktəbli psixoloq nəzarətinə götürülüb.

İlhamə