Abşeronda gecə reydi: 2 tona yaxın ölmüş heyvan əti aşkarlandı - VİDEO
    • 21-10-2018, 15:00
    • 795

Abşeronda gecə reydi: 2 tona yaxın ölmüş heyvan əti aşkarlandı - VİDEO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının Abşeron rayonunda keçirdiyi növbəti reyd zamanı 2 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb.


News24.az xəbər verir ki, "REAL TV"nin əməkdaşı Güzdək qəsəbəsində qeyri-qanuni, mənşəyi məlum olmayan ətlərin kəsimi ilə məşğul olan sexdə həyata keçirilən reydi yaxından izləyib.

AQTA əməkdaşlarının ilkin versiyasına görə, bu ətlər ölmüş heyvanların ətidir və iaşə obyektlərinə göndərilməsi üçün kəsilib.