“Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər müsbət addımına cavab verəcək"- ÇAVUŞOĞLU
“Bir daha Azərbaycanı Vətən müharibəsində qazandığı qələbəyə görə təbrik edirəm. Bölgədə davamlı sülh üçün, bölgənin inkişafı üçün tarixi fürsət var”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib.
“Ermənistanın da sülh yolunu seçməsinə ümid edirik. Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər bir müsbət addımına cavab verəcək”, - deyə XİN başçısı vurğulayıb.
Türkiyəli nazir qeyd edib ki, 30 illik işğal zamanı Azərbaycan torpaqlarında dağıntılar törədilib: “Qarabağda, işğaldan azad edilən 7 rayonda tarixi, dini, mədəni abidələrin bərpası üçün Prezident İlham Əliyevin liderliyində Azərbaycan hökuməti əhatəli işlər aparmaqdadır. Türk dünyası, Türk Şurası, Türkiyə olaraq bölgənin yenidən bərpası üçün əlimizdən gələn dəstəyi verəcəyik”. /APA/
19:11
Dünya / SİYASƏT
“Həmsədrlər münaqişənin həlli üçün səy göstərmirlər” - MÖVLUD ÇAVUŞOĞLU11 avqust 2020, 13:47
SİYASƏT
Ceyhun Bayramov: “Bölgədə davamlı inkişaf üçün işğal siyasətinə son qoyulmalıdır”24 sentyabr 2020, 12:47