Prezident lazım olandan çox vaksin alan ölkələri tənqid etdi: "Hansı bərabərlikdən danışırsız?"

Prezident lazım olandan çox vaksin alan ölkələri tənqid etdi:
SİYASƏT

26 fevral 2021, 12:40

Mətn ölçüsü

“Bizim təşəbbüsümüzlə COVID-19-a həsr olunan BMT-nin Baş Assambleyasının xüsusi sessiyası keçirilib. Bu təşəbbüsü yüz əllidən çox ölkə dəstəklədi. Sessiya ötən ilin dekabr ayında baş tutub. Səsləndirdiyim tezislərdən biri dünya ölkələri arasında vaksinin ədalətli formada bölüşdürülməsi olub. Əfsuslar olsun ki, biz başqa şey görürük. Görürük ki, əməkdaşlıq edənlər arasında da ciddi problemlər yaranır. Kimin nə qədər vaksin istifadə etdiyini sayırlar".

News24.az
xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Prezident  yaranan vəziyyətin bir daha bu bəla ilə mübarizə barədə edilən həmrəylik müraciətlərinə baxmayaraq, praktikada tam əksinin göründüyünü deyib:"Bəzi ölkələr lazım olandan üç-dörd dəfə çox vaksin alıblar. Belə görünür ki, kiməsə çatmayacaq. Bu onlara lazım deyil, amma bu haqda da düşünmürlər. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya haqda danışırlar. Praktikada isə kasıb ölkələrdə yaşayan milyonlarla insanın hüququnu pozurlar. Sizə açıq deməliyəm ki, əgər biz bütün istehsalçılarla razılıq imzalamasaydıq, nə edəcəkdik? Vaksinsiz qalacaqdıq. Biz “AstraZeneca” vaksinini çoxdan almalıydıq. Bir neçə aydırdıq ki, hələ də almamışıq. “Sputnik” almamışıq. “Covax”a görə “Moderna” və “Pfizer” almalıydıq. Almamışıq. Nə vaxt alacağımızla bağlı bizə heçnə demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlar öz öhtəliklərini yerinə yetirirlər.  Bunu almaq üçün bizim maliyyə imkanlarımız var. Bəs olmayanlar nə etsin? O insanlar ölməlidir? Varlılar özlərini vaksin edəcəklər, istehsalı özlərinə götürəcəklər, sadə insan davranışlarını görməzdən gələcəklər, kasıb ölkələr isə əzab çəkəcəklər. Hansı bərabərlikdən danışırsız?”