"Dağlıq Qarabağ ifadəsini işlətməməliyik" - İLHAM ƏLİYEV

"Dağlıq Qarabağ ifadəsini işlətməməliyik" - İLHAM ƏLİYEV
SİYASƏT

26 fevral 2021, 13:08

Mətn ölçüsü

Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq biz bu gün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ – aranlı, dağlı – Azərbaycanın ayrılmaz hissəsidir. 

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Biz etiraz etmirik. Bizim ölkənin başqa yerlərində də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə də statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, daha çox qarşıdurmaya xidmət göstərir", - deyə ölkə başçısı qeyd edib.

İlham Əliyev bildirib li, Ermənistan üçün bu nə qədər az dilə gətirilərsə, o qədər yaxşı olar: "Çünki Ermənistan və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bax bu günə salan səbəblərdən biri də məhz bu idi: xülya, iddia, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynayıblar. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır”.