Çində dünyanın ən uzun dəniz körpüsü açılıb- VİDEO
    • 23-10-2018, 16:00
    • 1 168

Çində dünyanın ən uzun dəniz körpüsü açılıb- VİDEO

Körpünün uzunluğu 55 kilometrdir, o, Honkonq, Çjuxay və Makao şəhərlərini birləşdirir.

Çin Xalq Respublikasının sədri Si Tszipin dünyanın ən uzun körpüsünün açıldığını bəyan edib.
 
İnterAz xəbər verir ki, bununla bağlı “South China Morning Post” məlumat yayıb. 
 
Körpünün uzunluğu 55 kilometrdir, o, Honkonq, Çjuxay və Makao şəhərlərini birləşdirir. 
 
Nəşrin məlumatına görə, körpünün tikintisinə 2009-cu ildə başlanılıb. İlkin olaraq, onun 2016-cı ildə açılması planlaşdırılıb. Tənqidçilər onu “ağ fil” və “qan və tər layihəsi” adlandırıblar, çünki tikinti zamanı 10 işçi ölüb, 600-dən çoxu xəsarət alıb.