Bakıda 2 sərnişin avtobusu toqquşdu
    • 24-10-2018, 13:27
    • 936

Bakıda 2 sərnişin avtobusu toqquşdu

Bu gün səhər saatlarında Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində 1 və 13 nömrəli "Bakı Bus” avtobusları toqquşub.

Hadisə nəticəsində sərnişinlərin xəsarət almadığı qeyd edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bir neçə gün öncə "Bakı Bus”un 3 avtobusu bir-birinə çırpılmışdı.

//Axar.az