Gecə Bakıda güclü yanğın olub
    • 25-10-2018, 10:00
    • 771

Gecə Bakıda güclü yanğın olub

Binəqədidə güclü yanğın olub.

 FHN xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının (tikintisi başa çatmamışdır) 16-cı mərtəbəsində quraşdırılmış taxta qəliblər 200 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sosial şəbəkələrdə yanğın zamanı çəkilən fotolar paylaşılıb.

//Qafqazinfo.az