İlham Əliyev bir sıra görüşlər keçirib
    • 25-10-2018, 14:25
    • 880

İlham Əliyev bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.
Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodetsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 25-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ilə görüşüb.
Görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib.

Prezident İlham Əliyev Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirib.
Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini deyib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oktyabrın 25-də Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron ilə görüşüb.