"Google" 48 işçisini işdən çıxardı - Cinsi təcavüzə görə...
    • 26-10-2018, 13:00
    • 926

"Google" 48 işçisini işdən çıxardı - Cinsi təcavüzə görə...

ABŞ-ın texnologiya şirkəti "Google" cinsi təcavüz iddialarına görə son iki ildə 48 işçisinin işinə son verib.

Bu barədə "Google"un icraçı direktoru Sundar Piçai məlumat verib.
O, "Google"un son iki ildə cinsi təcavüz iddialarına görə 13-ü yüksək səviyyəli rəhbər olmaqla 48 həmkarının işinə son verdiyini bildirib.
Qeyd edək ki, "Google"un cinsi təcavüzlə günahlandırılan yüksək səviyyəli rəhbərlərindən Android mobil proqramının yaradıcısı Harri Rubin 90 milyon dollar təzminat ödəyərək istefasını istəyib.

//Open.az