Uzunömürlülərin yaşadığı ölkələrin adları açıqlandı
    • 27-10-2018, 14:17
    • 885

Uzunömürlülərin yaşadığı ölkələrin adları açıqlandı

İnsanların daha uzun ömür sürdüyü ölkələrin reytinqində birinci yerdə İspaniya qərarlaşıb. 
Vaşinqton Universiteti nəzdindəki Səhhətin Ölçülməsi və Qiymətləndirilməsi İnstitutunun (İHME) son məruzəsinə görə, bu ölkədə 2040-cı ilədək orta ömür uzunluğu 85,8 yaşa çatacaq. 

Ötən il reytinqdə birinci olan Yaponiya 85,7 yaş həddi ilə bu dəfə ikinci yerdədir. Sonrakı yerlərdə Sinqapur, İsveçrə, İtaliya, İsrail, Fransa, Lüksemburq, Avstraliya qərarlaşıb. 

Ən qısa ömür yaşanan ölkə isə 57,3 yaşla Lesotodur.