Türkiyənin Azərbaycandakı yeni səfiri faəliyyətə başladı

Türkiyənin Azərbaycandakı yeni səfiri faəliyyətə başladı
SİYASƏT

21 aprel 2021, 16:58

Mətn ölçüsü

Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı səlahiyyətlərinin icrasına başlayıb.

News24.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter səhifəsində bildirilib.

“Səfir Cahit Bağçı aprelin 19-da Bakıya gəlib və diplomatın səfirlikdə qarşılanma mərasimi keçirilib. Səfir kollektivə təqdim olunduqdan sonra səlahiyyətlərinin icrasına başlayıb”- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvü olub.

Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də imzaladığı sərəncamı ilə Azərbaycana səfir təyin olunub.

Evlidir, 3 övladı var.

Twitter