Tufan 120 nəfəri xəstəxanalıq etdi – İranda
    • 29-10-2018, 18:05
    • 1 392

Tufan 120 nəfəri xəstəxanalıq etdi – İranda

Ötən gün İranın Sistan və Bəluçistan vilayətinin şimalında baş verən qum tufanı nəticəsində indiyədək 120 nəfər xəstəxanaya müraciət edib.
 
Bunu Sistan və Bəluçistan vilayətinin Böhranın idarə olunması idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Onun sözlərinə görə, həmin şəxslər tənəffüs sistemi, göz və ürək problemləri ilə xəstəxanalara və tibb mərkəzlərinə müraciət ediblər. Müraciət edənlərdən 13-nün vəziyyətinin ağır olduğuna görə, xəstəxanada saxlanılıb, 35 nəfər isə müalicə olunaraq buraxılıb.