İstanbuldakı yeni hava limanının adı açıqlandı
    • 30-10-2018, 10:11
    • 1 069

İstanbuldakı yeni hava limanının adı açıqlandı

İstanbulda istifadəyə verilən sayca üçüncü hava limanının adı məlum olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan adını İstanbul Hava Limanı qoyulduğunu açıqlayıb.

O, İstanbulun Türkiyənin ən dəyərli brendi olduğu üçün hava limanının bu adla adlandırıldığını bildirib.

Ərdoğan Atataürk Hava Limanının taleyi haqqında danışıb və bu limanın fəaliyyət göstərdiyi sahələrdə adı ilə xidmət göstərməyə davam edəcəyini, qapalı məkanlarının isə ən böyük sərgi sahələrinə çevriləcəyini bildirib.

//Qafqazinfo.az