"Sonadək Azərbaycanın yanındayıq" - Hulusi Akar

"Sonadək Azərbaycanın yanındayıq" - Hulusi Akar
SİYASƏT

04 may 2021, 11:29

Mətn ölçüsü

"Azərbaycanın Qarabağı azad edərək orada sülhü və əmin-amanlığı təmin etdi. Biz bu haqlı mübarizədə onlarla birlikdə olduq. Bundan sonra da sonuna qədər yanlarında olacağıq".

News24.az xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar Liviyadakı türkiyəli hərbçilərlə görüşündə deyib. O, əsrlər boyu birlikdə yaşayan türk və erməni cəmiyyətləri arasında 1915-ci ildə baş verən bəzi hadisələri "soyqırım"kimi qələmə verməyi cahillik və səhv adlandırıb: "Bu həm də sülhə və mehriban qonşuluq münasibətlərinə aparan yolun məhvidir. Heç bir halda doğru deyil, qəbuledilməzdir. Amerikalılar əvvəlcə öz milli arxivlərindəki (NARA) məlumatlarını və sənədlərini araşdırmalıdırlar.

H.Akarın sözlərinə görə, Türkiyə qonşu ölkələrlə dialoq tərəfdarıdır: “Üçüncü tərəflərin qonşu ölkələrimizlə olan mövzularda obyektiv, məntiqli və düşüncəli yanaşmalarını gözləyirəm. Buradan onlara səslənirəm ki, heç bir halda Türkiyə ilə Yunanıstan arasındakı problemlərin Avropa İttifaqı və ABŞ-la problem halına çevirməsinlər. Nəticə olaraq haqqımızı tapdalatmayacağıq”.