Xarici İşlər nazirinin yeni müavininin səlahiyyətləri müəyyənləşdi

Xarici İşlər nazirinin yeni müavininin səlahiyyətləri müəyyənləşdi
SİYASƏT

04 may 2021, 17:40

Mətn ölçüsü

Xarici İşlər Nazirliyinin (XİN) strukturunda dəyişiklik aparılıb.

News24.az xəbər verir ki, xarici işlər nazirinin yeni müavini Elnur Məmmədovun kurasiyasına daxil olan sahələr müəyyənləşdirilib.

Belə ki, o, XİN-in Amerika İdarəsi, Asiya İdarəsi, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Linqvistika Təminat İdarəsi, Arxiv İdarəsi, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək.

Qeyd edək ki, daha əvvəl bu strukturlara nəzarət nazir müavini Fariz Rzayevə həvalə olunmuşdu.

Xatırladaq ki, Elnur Məmmədov ötən ay xarici işlər nazirinin müavini təyin edilib.