Adnan Oktarın aylıq gəliri nə qədərmiş?

Adnan Oktarın aylıq gəliri nə qədərmiş?
SİYASƏT

14 iyul 2018, 12:10

Mətn ölçüsü

3 gün öncə həbs edilən Adnan Oktar barəsində dodaq uçuqladan faktlar üzə çıxmaqda davam edir. 

News24.az xəbər verir ki, Adnan Oktarın malikanəsində axtarış aparan polislər 3 gün ərzində 72  otaqlı villadan tapılan külli miqdarda pulları saymaqla məşğuldurlar.

 Nə qədər pul aşkarlanması barəsində hələlik dəqiq məlumat verilməsə də, ilkin araşdırmalara görə, saxta hocanın aylıq gəliri 10 milyon dollar təşkil edir.

O etdiyi yüzlərlə cinayətlə yanaşı, böyük maliyyə fırıldaqlarında da ittiham olunur. Belə ki, varlı ailələrin övladlarını qrupuna cəlb etməklə onlardan şantaj yolu ilə böyük pullar alıb, saxta şirkətlər açaraq beynəlxalq şirkətlərdən külli miqdarda maliyyə cəlb edib və sonra  bu şirkətlər yoxa çıxıb. Başqa faktlara görə, onun maliyyə əməliyyatları nəticəsində başqa insanların üzərinə borclar yazılıb.

 Bu qədər cinayətlərə yol açmış Adnan Oktar dəfələrlə saxlanılsa da, hər dəfə cəzadan yaxasını qurtara bilib. Bu dəfə də vəkili onun şizofreniya xəstəsi olmasını əsas gətirərək, həbs olunmayacağını iddia edir.

 İlhamə Rəsulova