AFFA rəsmiləri FIFA-nın tədbirində iştirak edir
    • 30-10-2018, 15:52
    • 1 101

AFFA rəsmiləri FIFA-nın tədbirində iştirak edir

Türkiyənin İstanbul şəhərində FIFA-nın İnfrastruktur üzrə iclası keçirilir.
 
News24.az xəbər verir ki, tədbirə baş katib Elxan Məmmədov və İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev də qatılıb. AFFA rəsmiləri Bakı Olimpiya Stadionunun 3-cü məşq meydanının, həmçinin "Sumqayıt” Futbol Klubunun ev oyunlarını keçirdiyi "Kapital Bank Arena”nın əsas və məşq meydanlarının təqdimatı ilə çıxış edəcəklər.
 
Qeyd edək ki, həmin meydanlar AFFA tərəfindən FIFA-nın dəstəyilə inşa olunur.