Yerevanda Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirilib
    • 30-10-2018, 18:55
    • 889

Yerevanda Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirilib

Ermənistanın paytaxtı Yerevan şəhərində Nazirlər Kabineti binasının qarşısında etiraz aksiyası keçirilib.

Ermənistan KİV-i xəbər verir ki, aksiyanı İncəsənət və Əl İşləri Dövlət Peşə Məktəbinin direktoru Andranik Ohanesyan təşkil edib.
Onlar peşə məktəbi binasının qeyri-hökumət təşkilatına verilməsi barədə keçmiş hökumətin vaxtında qəbul edilmiş qərarın ləğvini istəyiblər.
A.Ohanesyan bildirib ki, əgər məqbul qərar qəbul edilməsə, onda 130 tələbənin tədrisini təşkil etmək mümkün olmayacaq. 
Direktor Ermənistanın Elm və Təhsil Nazirliyinin bu problemi aprelin 12-dən indiyədək həll etmədiyindən narahatlığını da vurğulayıb: “Bizə noyabrın 2-dək problemi həll edəcəklərinə dair söz veriblər. Biz də dözərik”.