Bakıda 56 yaşlı kişi özünü doğrayaraq intihar edib
    • 31-10-2018, 13:05
    • 878

Bakıda 56 yaşlı kişi özünü doğrayaraq intihar edib

Paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlüİbad Qubad oğlu Namazov yaşadığı evdə ülgüclə boğazını, qollarını və qarnını doğrayıb. Nəticədə o hadisə yerindəcə keçinib.

Onun qana boyanmış meyitini yaxınları aşkar edib və bu barədə polisə məlumat veriblər. İ.Namazovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

//Report.az