6000-ci ilə səyahət etdiyini deyən qadın hamını ŞOKA SALIR - FOTO
    • 31-10-2018, 15:28
    • 1 463

6000-ci ilə səyahət etdiyini deyən qadın hamını ŞOKA SALIR - FOTO

Özünün və bəzi şəxslərin 64 min il əvvələ qədər getdiyini bildirən və bununla diqqət çəkməyə çalışan Xloya adlı qadın iddialarını internetdə video vasitəsilə paylaşıb.

Qadın xeyli sayda adamı gələcəyə göndərdiyini iddia edir. Xloyanın iddialarına görə, gələcəkdə Günəş getdikcə Yer planetinə yaxınlaşacaq və səbəb üzündən temperatur 40 ilə 70 C arasında dəyişəcək. Artan temperatur üzündən planetin tənəzzülü başlayacaq. Tənəzzül müddəti min illər boyu davam edəcək. Xloya insanların dinozavrlar və nəsli kəsilən digər canlıların gələcəkdə təkrara geri qayıdacağını bildirir. Qadının sözlərinə görə, dinozavrlar 4529-cu ildə geri qayıdacaq.

O, gələcəyə getməsi iddialarına sübut olaraq 6000-cı ildən gətirdiyini iddia etdiyi bitkini göstərir.

Videoya baxan bir çox adam Xloyanın dediklərinə inanmayıb. Bir çox adam Xloyanın 6000-cı ildən gətirdiyi bitkinin əslində zeytun olduğunu qeyd edib.
Bütün bu ağlasığmaz iddialara rəğmən qadının videosu internetdə dəfələrlə paylaşılıb.

//Sfera.az