Bakı metrosunda yenə problem yarandı – Açıqlama
    • 2-11-2018, 10:05
    • 952

Bakı metrosunda yenə problem yarandı – Açıqlama

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib.


Bu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ləngiməyə səbəb “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda texniki problemin yaranması olub: “Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb.

Buna görə də, ümumi hərəkətdə ləngimə yaranıb. “Dərnəgül” – “Həzi Aslanov” marşrutu üzrə hərəkət edən sərnişin çox olduğu üçün orada ləngimə daha çox hiss edilib, “Həzi Aslanov” – “İçərişəhər” marşrutunda isə, demək olar ki, hiss edilməyib”.

//Report.az