Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı - SİYAHI
    • 5-11-2018, 19:30
    • 1 172

Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif ediliblər:
Alışanov Şirindil Həsən oğlu
Quliyeva Mahirə Həmid qızı
Yusifov Vaqif Əziz oğlu

Dövlət başçımızın digər sərəncamı ilə Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Araslı Nüşabə Həmid qızı
Məmməd Tahirə Qəşəm qızı

News24.az