Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşdü

Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşdü
SİYASƏT

21 iyun 2021, 19:05

Mətn ölçüsü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 21-də Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.

Nazirlər Kabinetindən News24.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.