Natiq Cəfərli ilə Əhəd Məmmədli canlı efirdə bir-birini söydü - VİDEO

Natiq Cəfərli ilə Əhəd Məmmədli canlı efirdə bir-birini söydü - VİDEO
SİYASƏT

25 iyun 2021, 13:40

Mətn ölçüsü

 Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli və Real partiyasının sədr müavini Natiq Cəfərli Musavat TV-nin canlı yayımında bir-birini təhqir edib. 

Müxalifət funksionerləri mübahisə zamanı bir-birinin ünvanına ağır ifadələr işlədiblər. Öncə Əhəd Məmmədli Natiq Cəfərlini “qanmaz” adlandırıb, əks tərəf də ondan geri qalmayaraq “qanmazın yekəsi sənsən, sənin sədrindir” deyə təpki verib. 

Qızışan mübahisə zamanı AĞ Partiya təmsilçisi N. Cəfərlini satqınlıqda ittiham edib: “Tutuldun, heç 20 gün prokurorluqda qala bilmədin. Dedin ki, İlqar Məmmədov deyib…”

Ona cavab verən N. Cəfərli isə opponentini “debil” adlandırıb. Verilişin aparıcısı Sevinc Telmanqızı opponentləri sakitləşməyə çağırsa da, nəticəsi olmayıb. Çarəsiz qalan aparıcı proqramı yarıda saxlamaq məcburiyyətində qalıb.

YouTube