Piylərin əriməyini tezləşdirən məhsullar
    • 9-11-2018, 19:29
    • 828

Piylərin əriməyini tezləşdirən məhsullar

Artıq çəkidən qurtulmaq üçün qəbul edilən kalorilərin miqdarını zaltmaq, fiziki aktivliyini isə artırmaq lazımdır.

İnsanda endokrin problemlər yoxdursa, bu sadə qayda arıqlamağa kömək edəcək.

Bəzi məhsullar bu işi daha da asanlaşdıra və tezləşdirə bilər. Bu məhsullar piylərin əriməyini stimullaşdırır.

Belə məhsulların siyahısını təqdim edirik:

Birinci yerdə yaşıl çay qərarlaşıb. Onun tərkibində olab maddələr metabolizmi sütətləndirir, piylərin əritməsini sürətləndirir. Lakin onu da nəzərə almaq lazımdır ki, yaşıl çaydan sui-istifadə etmək olmaz. Bu qaraciyərə ziyan vura bilər.

Kətan toxumu da piyləri yandırmağa və arıqlamağa kömək edir. Mütəxəssislər hər gün 1-2 x.q. kətan toxumu yeməyi tövsiyə edirlər.
Soğan və sarımsağın tərkibində olan allisin maddəsi pilərin orqanizmdə yığılmasına mane olur.

Sarıkök da maddələr mübadiləsini yaxşılaşdıran və piyləri əridən vasitələrdən biridir.

Qara istiot arıqlamağa kömək edən növbəti ədviyyatdır. İstiot metabolizmi yaxşılaşdırır, piy kütləsinin daha tez azalmasına kömək edir.

//medikforum