Ömrünün 811 həftəsini hamilə keçirən qadın: "Bu axırıncıdır" - 21 övladı var
    • 10-11-2018, 11:14
    • 840

Ömrünün 811 həftəsini hamilə keçirən qadın: "Bu axırıncıdır" - 21 övladı var

İngiltərənin Lankaşir qraflığının Morkemb rayonunda yaşayan qadın 21-ci övladını dünyaya gətirib.

Super ana (supermum) hesab edilən Sue Radford adlı qadının doğum prosesi 12 dəqiqə çəkib.

43 yaşlı qadın yeni doğulan körpəsinə Bonnie Raye adını verib.

Bonnie dünyaya gələrkən çəkisi 3 kiloqram 700 qram olub.

Onun ərinin 47 yaşı var və çörəkçidir.
 
"Ərimlə mən qərara gəldik ki, artıq bəsdir. Bonnie bizim ailəmizi tamamladı", - Sue açıqlamasında söyləyib.

O, bildirib ki, ömrünün 811 həftəsini hamilə olaraq keçirib.

Qeyd edək ki, Suenin ilk övladı 14 yaşındaykən dünyaya gəlib.

//Milli.az