7 milyardlıq Qəzza layihəsi: Hikmət Hacıyev Azərbaycanın mövqeyini açıqladı
Siyasət
"Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur".
News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.