Britaniya və Ekvador Assanjın taleyi barədə müzakirələr aparır
    • 16-07-2018, 17:19
    • 749

Britaniya və Ekvador Assanjın taleyi barədə müzakirələr aparır

WikiLeaks-in əsasını qoyaraq məxfi materialları gün işığına çıxaran Julian Assanjın taleyi Böyük Britaniya və Ekvadorun ən yüksək dairələri tərəfindən müzakirəyə çıxarılıb. Bu barədə News24.az The Times nə.rinə istinadən məlumat verir.

 Danışıqlar Ekvador lideri Lenin Morenonun Britaniyaya səfərinə hazırlıq çərçivəsində aparılır. Ekvador lideri Assanjı  "ayaq bağı və çəkməyə bağlanmış ağır daş" adlandırmaqla müzakirələrin nəticəsi barəsində ilk mesajı da vermiş olub.

 Bununla belə, Assanjın yaxınları bu barədə söhbət getmədiyini bildirərək, Ekvadora ABŞ-ın təzyiq göstərmək imkanını da istisna etməyiblər.

 Julian Assanj 2012-ci ildən Ekvadorda səfirlikdə yaşayır. Ölkənin Xarici İşlər Nazirliyi bu vəziyyətin əbədi davam edə bilməyəcəyini bəyan edib.

İlhamə.