Leyla Əliyeva və Emin Ağalarov övladlarına ad günü keçirdib - FOTO
    • 2-12-2018, 11:22
    • 3 301

Leyla Əliyeva və Emin Ağalarov övladlarına ad günü keçirdib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və xalq artisti Emin Ağalarov övladlarının doğum gününü birlikdə qeyd edib.

News24.az xəbər verir ki,Əli və Mikayılın xoş günündə bir araya gələn valideynlər əkizlərin 10 illik yubilyeni keçirib.

Emin Ağalarov şəxsi instagram hesablnda  ad günündən fotolar paylaşaraq  bunları yazıb: "Uşaqlar, ilk yubileyiniz mübarək! Sizin artıq 10 yaşınız oldu. Xoşbəxt və sağlam böyüyün! Leyla, mən sənə füsunkarlığına, sənin hamıya hər zaman dəstəyinə, anlayışına və münasibətinə görə təşəkkür etmək istəyirəm. Sən qeyri-adi qadınsan və mən sənə hər şeyə görə sonsuz dərəcədə minnətdaram".