Surqut hava limanına Fərman Salmanovun adı veriləcək - Səsvermə bitdi
    • 5-12-2018, 10:27
    • 866

Surqut hava limanına Fərman Salmanovun adı veriləcək - Səsvermə bitdi

Rusiyanın Surqut hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı veriləcək.

"Velikieimena.rf"  saytında aparılan “Rusiyanın böyük adları” müsabiqəsinin nəticələri açıqlanıb. Surqut hava limanına adının verilməsi namizəd olan 3 nəfərdən ən çox Fərman Salamanov (58%) səs toplayıb. Yermak Timofeyeviç (31%) və Aleksandr Flipenko (10%) müsabiqəni uduzublar.

Qeyd edək ki, F.Salmanovun adı Nijnivartovsk və Surqut aeroportlarından birinə veriləcəkdi. Səsvermənin nəticələrinə görə, ən çox səsi Surqut hava limanı toplayıb.

//Qafqazinfo