Şvartsenegger: "Tramp, siz Putinin yanında qaynadılmış makarona oxşayırdınız"

Şvartsenegger: "Tramp, siz Putinin yanında qaynadılmış makarona oxşayırdınız"
SİYASƏT

17 iyul 2018, 18:49

Mətn ölçüsü

ABŞ-ın məşhur simalarının prezident Donald Trampa ulduzu barışmır ki, barışmır.

News24.az  Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə Tramp Arnold Şvartseneggerin oxuna tuş gəlib. Şvartsenegger "Twitter” hesabında paylaşdığı videoda Trampı "qaynadılmış makarona” oxşadıb:

"Prezident Tramp, prezident Putinlə keçirdiyiniz mətbuat konfransına baxdım. Kiçik qaynadılmış makaron, kiçik fanat kimi görünürdünüz. Ondan nə vaxt imza, ya da selfi istəyəcəksiniz deyə öz-özümə sual verdim”.