Ermənistan rəsmisi Azərbaycana gələcək

Ermənistan rəsmisi Azərbaycana gələcək
SİYASƏT

13 dekabr 2018, 11:15

Mətn ölçüsü

Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.

Onun sözlərinə görə, İrəvanı XİN-in Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.

Qeyd edək ki, Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək. 1999-cu ildə yaradılan QDİƏT-n tərkibinə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir.