"Santa Klaus yoxdur" deyən müəllimi işdən çıxardılar - FOTO
    • 13-12-2018, 11:47
    • 723

"Santa Klaus yoxdur" deyən müəllimi işdən çıxardılar - FOTO

Amerikanın Nyu-Cersi ştatında valideynlərin şikayəti əsasında müəllimə işindən azad edilib. 

News24.az xəbər verir ki, şikayətə səbəb müəllimənin uşaqlara real həyatda Santa Klausun olmadığını açıqlaması olub. 

Bundan başqa həmin şəxs şagirdlərə diş pərisi və pasxa dovşanı barədə də həqiqətləri danışmaq istəyib. 

Məktəbin direktoru məsələ ilə bağlı açıqlama verərək çox narahat olduğunu deyib. Daha sonra isə sosial şəbəkədə Santa Klausla şəkil paylaşaraq "Mən inanıram" sözlərini yazıb.

Teymur MƏMMƏDOV