Daha bir vəzifəyə təyinat oldu - FOTO
    • 13-12-2018, 12:10
    • 846

Daha bir vəzifəyə təyinat oldu - FOTO

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni təyinat olub.

Cahandar Əlifzadə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsininin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı komitə sədri Mübariz Qurbanlı müvafiq əmr imzalayıb.

Xatırladaq ki, C.Əlifzadə bundan əvvəl Dövlət Komitəsində Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. 

Qeyd edək ki, şöbənin əvvəlki müdiri Əliheydər ZülfüqarovPrezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsinə təyinat alıb. 
//Report