Xətai rayonunun icra başçısı vəzifəsindən azad edilib

Xətai rayonunun icra başçısı vəzifəsindən azad edilib
SİYASƏT

13 dekabr 2018, 16:15

Mətn ölçüsü

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, R.Məmmədov 2006-cı ilin sentyabrın 26-da Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. 

//Report