Ölkədə maye qaz qıtlığı yaranıb
    • 19-07-2018, 13:04
    • 1 121

Ölkədə maye qaz qıtlığı yaranıb

Bir neçə gündür ki, ölkədə mavi qaz ( propan) qıtlığı yaşanır. 

Bu barədə paytaxtdan, həm də rayonlardan çoxsaylı müraciətlər daxil olub. Onlar bildirir ki, yanacaqdoldurma məntəqələrində avtomobillərinə  vurdurmaq üçün qaz tapmırlar. Həmçinin məişətdə işlədilən qaz balonlarını da doldura bilmirlər.


Məsələ ilə bağlı SOCAR-la əlaqə saxlayıb. SOCAR-dan bildirilib ki, problem onlarlıq deyil. Dövlət Neft Şirkəti yanacaqdoldurma məntəqələrini lazımı səviyyədə mavi qazla təmin edib.

//Qafqazinfo.az