Prezident icra başçısını təltif edib

Prezident icra başçısını təltif edib
SİYASƏT

28 dekabr 2018, 18:00

Mətn ölçüsü

Prezident İlham Əliyev Şahin Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, 2019-cu il yanvarın 1-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun 60 yaşı tamam olur.

//Report