Ana və uşaq ölümlərinin sayı açıqlandı
    • 28-12-2018, 18:45
    • 1 059

Ana və uşaq ölümlərinin sayı açıqlandı

2017-cü ildə 21 ana ölümü qeydə alındığı halda, 2018-ci ildə bu rəqəm 17 olub.

Bu barədə Səhiyyə Nazirliyində ilin yekun kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, əgər 2014-cu ildə respublikada körpə ölümü göstəricisi 10,2 promilli idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm 11,0 promilli təşkil edir. Bu günə qədər 1000 qram və az çəki ilə doğulmuş 353 körpədən 126-ni xilas etmək mümkün olub.