Ermənistanın keçmiş prezidenti Yeni ili həbsdə qarşılayacaq
    • 29-12-2018, 13:01
    • 764

Ermənistanın keçmiş prezidenti Yeni ili həbsdə qarşılayacaq

Ermənistan ikinci prezidenti Robert Koçaryan Yeni ili həbsdə qarşılacayaq.

Yerevan hüquq məhkəməsi Koçaryanın vəkillərinin keçmiş prezidentin qətimkan tədbirinin dəyişdirilməsi və girov altında azad edilməsi haqqında vəsatətini təmin etməyib və toplantını növbəti ilin 9 yanvar tarixinə təxirə salıb. 

Bu barədə jurnalistlərə vəkil Aram Obelyan toplantı zalından çıxdıqdan sonra məlumat verib.

Vəkil “müstəntiqin həddindən artıq məşğul olması” səbəbindən toplantının təxirə salınmasını gülünc adlandırıb.

Qeyd edək ki, dekabrın 26-da Ermənistanın ikinci prezidenti R.Koçaryanın müdafiəçiləri qətimkan tədbirinin dəyişdirilməsi və onun girov altında azad edilməsi haqqında vəsatət veriblər.

//OxuAz