Prezident icbari sığortanın tətbiqinə pul ayırdı
    • 19-07-2018, 18:56
    • 1 289

Prezident icbari sığortanın tətbiqinə pul ayırdı

Azərbaycan prezidenti İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

 Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb.