Ölkələrin fərqli Yeni il adətləri
    • 31-12-2018, 10:00
    • 1 320

Ölkələrin fərqli Yeni il adətləri

Yeni ilə artıq saatlar qalıb. Möhtəşəm gecəyə hər bir ölkə müxtəlif tərzdə hazırlaşır. News24.az xəbər verir ki, bəzi ölkələr var ki, onların yeni ili qeyd etmək adətləri olduqca maraqlıdır. Bu kimi ölkələrdən bəzilərinin adətlərini  araşdırdıq. Həmin ölkələrin siyahısını təqdim edirik.

Braziliya
Braziliyalılar yeni il axşamı ağ geyinərək, son 12 saniyədə 12 üzüm dənəsi yeməyə çalışırlar.

Argentina
Argentinalılar yeni ildə bütün keçən ilə aid kağızları cırıb pəncərədən atırlar.

Fransa
Fransızlar daha sakit qeyd edirlər yeni ili. Hamı yeni il axşamı şampan partladaraq, dostları, ailəsi ilə birlikdə yeni ili qarşılayır.

İtaliya
İtalyanlarda alt geyim ənənəsi vardır. Hansı ki, italyan kişiləri yeni ildə analarına sevdikləri qadına qırmızı alt paltarı hədiyyə alırlar. Bu hədiyyənin şans və xoşbəxtlik gətirəcəyinə inanırlar.

Yunanıstan
Yunanıstanda isə narı yerə çırpmaq adət halını almışdır. Evin böyüyü saat 12 də narı yerə çırpır. Əgər nar dənələri ətrafa səpələnirsə, deməli, bu il ailə üçün bərəkətli və xoş bir il olacaq.

Estoniya
Estoniyalılar yeni ili saunada qarşılayırlar.  Qəribə tərəfi isə budur ki, bu bayramın qonağı şaxtababa deyil, boru təmizləyən olur.

Şotlandiya
Şotlandlar yeni ili atəşfəşanlıqla qarşılayır. Əvəvlcədən çəlləkləri maye ilə dolduraraq, saat 12 də küçələrə dağıdıraraq yeni ili qarşılayırlar. Ən qəribə qeyd etmək üsulu Ctounxeven kəndində reallaşır. Belə ki, insanlar yanan şam formasında olan topları səhərə kimi başları üzərində fırladırlar.

Danimarka
Danimarkada yeni il axşamı saat 12-ni göstərdiyində, hamı stolları ilə birlikdə tullanırlar. Bir qəribə adət isə dostlarının qapısında qab sındırmaqdan ibarətdir. Kimin dostu çoxdursa, onun qapısında daha çox sınıq qab qırıqları olur.

Peru
Perudakı yeni il inancı tam fərqlidir. Belə ki, bu şəhər səyahəti sevənlər üçün ideal bir yerdir. Əgər yeni il günü bütün günü boş çamadanla gəzərsənsə, həmin il bol səyahət edə biləcəksən mənasına gəldiyinə inanırlar.

Bolqarıstan
Bolqarıstanda gizli öpüş ənənəsi mövcuddur. Gecə saat 12-ni göstərdiyində bir neçə dəqiqəlik işıqlar söndürülür və otaqdakılar öpüşürlər. Qaranlıqda öpüşmək yeni ilin ilk sirridir. Maraqlısı odur ki, yeni ildən sonra bir-birini az tanıyan 18% cütlük ailə həyatı qurur.

Avstraliya
Avtraliyada yeni ildə Santa Klaus şortiklə qonaq gəlir. Çünki, yeni il yay ayına təsadüf edir. Bayramı dəniz sahilində qeyd edirlər. Sahildə tonqal qalayaraq, saat 12-ni göstərdiyində 1 tonqaldan digərinə qonaq gedərək, bir-birini təbrik edirlər.

Çili
Çilidə qeyd olunan yeni il ən qorxulusudur. Çilinin Talka şəhərində 1995-ci ildə yeni il axşamı bir ailənin başçısı faciəvi şəkildə həlak olub. Ondan sonra həmin ailənin yaxınları və üzvləri yeni ili qəbirstanlıqda qeyd etməyə başlamışlar. İllər keçdikcə şəhər əhalisiin böyük kütləsi də onlarla birlikdə bu ənənəni davam etdirməyə başlamışdır.

Kuba
Kubada yeni il axşamı 11 dəfə zəng çalınır. Zəng çalındıqdan sonra hamı evin pəncərəsindən su atır. Bununla da yeni ilə yeni həyata başladıqlarına inanarlar.

Mikroneziya
Mikroneziyada isə adət olduqca qəribə və eyni zaamnda da maraqlıdır. Belə ki, buradakı əhali yeni ildə adlarını dəyişirlər. Beləliklə şər qüvvələri çaşdıraraq, özlərindən uzaqlarşdırdıqlarını düşünürlər.