Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
SİYASƏT

02 yanvar 2019, 11:50

Mətn ölçüsü

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib. 

Dövlət başçısının başsağlığı məktubunda deyilir:
Hörmətli Vladimir Vladimiroviç,
Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənləriin tezliklə sağalmasını arzulayıram!