Bakıda turistin iki barmağını kəsdilər - VİDEO
    • 4-01-2019, 10:10
    • 873

Bakıda turistin iki barmağını kəsdilər - VİDEO

Yeni il axşamı Bakıda pirotexniki vasitə əcnəbi turistə ciddi xəsarət yetirib.

Pirotexniki vasitənin partlaması bir nəfəri iki barmağından edib.

Hadisə 31 dekabr tarixində axşam saatlarında Bakıda baş verib. 34 yaşlı Türkmənistan vətəndaşı Yeni ili qeyd etmək üçün pirotexniki vasitəni yandırıb. Bu zaman həmin vasitə əlində partlayıb. Nəticədə həmin şəxsin sağ əlinin iki barmağı ciddi şəkildə zədələnib. Xəstəxanaya çatdırılan yaralını həkimlər dərhal əməliyyata götürüblər.

Əməliyyat zamanı zədələnən hər iki barmaq amputasiya edilib. Həkim-cərrah Rəşad Əkbərlinin sözlərinə görə, həmin şəxs pirotexniki vasitəni düzgün istifadə etmədiyi üçün bədbəxt hadisə baş verib.

Qeyd edək ki, bayramdan öncə Fövqəladə Hallar Nazirliyi pirotexniki vasitələrdən istifadə zamanı onun hər an həyati təhlükə yaradacağı haqda dəfələrlə xəbərdarlıqlar etmişdi.

//Xəzər Xəbər