Gürcüstanda “donuz qripi”nə yoluxmuş iki azərbaycanlı reanimasiyaya yerləşdirilib
    • 23-01-2019, 16:11
    • 1 388

Gürcüstanda “donuz qripi”nə yoluxmuş iki azərbaycanlı reanimasiyaya yerləşdirilib

Gürcüstanın Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxmuş 3 nəfər xəstəxanada müalicə olunur.

Onlardan ikisi yerli azərbaycanlıdır.

Pasiyentlər Reanimasiya şöbəsinə yerləşdiriliblər. Bir azərbaycanlının vəziyyəti ağır, digərininki isə stabil qiymətləndirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 19 nəfər “donuz qripi”ndən ölüb. Hazırda qonşu ölkənin xəstəxanalarında 750-yə yaxın insan qrip virusundan müalicə olunur. Ölkədə 100 minnəfər sakinə 251 yoluxma halı düşür. 

//Report.az